Ukraynada döyüşlər istədiyimiz kimi getmir – Britaniya

Ukraynada döyüşlər istədiyimiz kimi getmir – Britaniya

Ukraynada hərbi əməliyyatlar Qərbin arzu etdiyi kimi davam etmir, ona görə də münaqişə uzana bilər.

AzerTimes xəbər verir ki, bu barədə Böyük Britaniya müdafiə naziri Ceyms Kleverli deyib.

O bildirib ki, ruslar nəzarətə götürdüyü ərazilərdə xeyli ciddi manelər yaradıblar və bu səbəbdən münaqişə uzanmaqda davam edir.

Kleverli buna baxmayaraq qeyd edir ki, Ukrayna döyüşçüləri irəliləməkdədirlər:

“Daha səbrli olmalıyıq. Bu o deməkdir ki, biz daha uzun müddət əzmkarlığımızı qorumalıyıq”, – nazir əlavə edib.

O, etiraf edib ki, Qərb üçün vahid cəbhə yaratmaq asan deyil.

Teqlər: