Ukraynanın Zakarpatiya vilayətində deputat kənd sovetinin sessiyasında qumbara partladıb.
AzerTimes xəbər verir ki, bu barədə Ukrayna mətbuatı məlumat yayıb.
Məlumata görə, Kereçkov kənd şurasının iclasının keçirildiyi zala daxil olan deputat cibindən 3 ədəd əl qumbarası çıxararaq partladıb.
İlkin məlumata görə, hadisə nəticəsində 26 nəfər yaralanıb. Yaralılardan 6-nın vəziyyəti ağırdır.