Ukraynada daha bir Rusiya casusu saxlanıldı

Ukraynada daha bir Rusiya casusu saxlanıldı

Ukrayna Təhlükəsizlik Xidməti Qərb silahlarının Ukraynaya tədarükü ilə bağlı kəşfiyyat məlumatları toplayan rus casusunu saxlayıb.

AzerTimes xəbər verir ki, bu barədə Ukrayna Təhlükəsizlik Xidməti məlumat yayıb.

“İstintaq-əməliyyat tədbirləri zamanı Ukraynaya xarici silah və sursatların alınması və tədarükü ilə bağlı kəşfiyyat məlumatları toplayan rus casusu saxlanılıb. O, ölkəyə idxal olunan və Ukrayna Silahlı Qüvvələrinin ehtiyacları olan hərbi texnika ilə bağlı məxfi məlumatlarla maraqlanıb. İşğalçılar əldə etdikləri məlumatdan Ukraynanın infrastruktur obyektlərinə raket zərbələri endirmək üçün istifadə edirdilər”, – məlumatda deyilib.

Teqlər: