Rusiya-Ukrayna müharibəsində daha bir həmyerlimiz – Vahid Sayadxan oğlu Heydərov həlak olub.
AzerTimes xəbər verir ki bu barədə mərhumun ailəsi məlumat yayıb. Bildirilib ki, 45 yaşlı V.Heydərov Ukraynanın Avdeyevka şəhərində minaya düşüb.
Həmyerlimiz aldığı xəsarətlərdən həyatını itirib.
Qeyd edək ki, V.Heydərov Cəlilabad rayonunda doğulub. Sonradan Rusiyaya köçüb, həmin ölkənin vətəndaşlığını qəbul edib.
Hazırda onun nəşinin ailəsinə təhvil verilməsi istiqamətində işlər aparılır.