Ukrayna Silahlı Qüvvələrinin azərbaycanlı çavuşu Rəşad Əliqulu oğlu Orucov Donetsk vilayəti istiqamətində həlak olub.
AzerTimes Report-a istinadən xəbər verir ki, 1989-cu il təvəllüdlü azərbaycanlı hərbçi Ukraynanın Xmelnitsk vilayətində doğulub böyüyüb.
O, 2014-cü ildən etibarən Ukrayna ordusunda müddətdən artıq çavuş kimi xidmət edirdi.
R. Orucov böyüdüyü vilayətdə dəfn olunub.