Ukraynada daha bir azərbaycanlı həlak oldu

Ukraynada daha bir azərbaycanlı həlak oldu

Rusiya qoşunlarının Dnepropetrovsk vilayətinin Marqanets şəhərini atəşə tutması nəticəsində həmyerlimiz Tofiq Məmməd oğlu Əsgərov həlak olub.

AzerTimes-ın məlumatına görə, bu barədə Ukraynada yaşayan diaspor fəalı Ceyhun Kəsəmən bildirib.

Onun sözlərinə görə, Rusiya ordusunun gecə saatlarında Dnepropetrovsk vilayətini atəşə tutması nəticəsində 13 dinc sakin həlak olub. 11 nəfər yaralanıb, onlardan 5-nin vəziyyəti ağırdır.

Həlak olanlardan biri 1966-cı il təvəllüdlü azərbaycanlı Tofiq Əsgərovdur

Məlumata görə, Tofiq Əsgərov Poltava Azərbaycanlıları Radasının sədri Fizuli Qəmbərovun qayınatasıdır.

Teqlər: