Gec-tez Ukraynada da güclü zəlzələ baş verəcək. Krım da risk altındadır.
AzerTimes xəbər verir ki, bunu ukraynalı seysmoloq Aleksandr Kendzer deyib.
“Ukrayna Türkiyə ilə eyni seysmik aktiv zonada yerləşir”, – Kendzer bildirib.
Onun sözlərinə görə, Avrasiya plitəsi Ərəbistan və Afrika plitələrini sıxışdırır:
“Bu prosesi dayandırmaq mümkün deyil, ona görə də enerji toplananda Ukraynada və ola bilsin ki, hətta Kiyevdə də zəlzələ baş verəcək”.
O, həmçinin Ukraynanın paytaxtında yeraltı təkanların 8-9 bal ola biləcəyini də qeyd edib.