Ukraynada çoxmərtəbəli yaşayış evində partlayış olub, ölən və yaralanan var

Ukraynanın Novaya Odessa şəhərində (Nikolayev vilayəti) beşmərtəbəli yaşayış binasında baş vermiş partlayış nəticəsində bir nəfər ölüb, bir nəfər isə müxtəlif xəsarətlərlə xəstəxanaya yerləşdirilib.

Trend xəbər verir ki, bu barədə Ukrayna Dövlət Fövqəladə Hallar Xidmətinin yerli departamenti məlumat yayıb.

Hadisə şənbə günü baş verib. İlkin məlumata görə, sonuncu mərtəbədəki mənzildə məişət qazının sızması nəticəsində partlayış baş verib. İkisi dördüncü, ikisi beşinci mərtəbədə olmaqla 4 mənzil dağıdılıb.


“Partlayış nəticəsində bir nəfər həlak olub. Bir nəfərin qol sınığı diaqnozuyla xəstəxanaya çatdırılıb, iki nəfər – şok vəziyyətinə düşüb, müayinədən sonra onlar xəstəxanaya yerləşdirilməkdən imtina ediblər”, – deyə məlumatda bildirilir.

Xilasedicilər binadan 54 nəfər sakini təxliyə ediblər. Dağıntılar altında qaldığı ehtimal edilən daha iki nəfərin axtarışları davam edir.

Teqlər: