Ukraynada çətin vəziyyətdə qalan soydaşlarımız vətənə gətirilib

Diasporla İş üzrə Dövlət Komitəsindən bildirilir ki, Ukraynada
yaranmış vəziyyətlə əlaqədar olaraq ölkəni tərk etmək
məcburiyyətində qalan 9 nəfər soydaşımız Xerson vilayətindən Rusiya
paytaxtına gətirilib, oradan isə Azərbaycan təxliyyə olunublar.

Təxliyə edilənlərdən 2-si Ukrayna, 7-si Azərbaycan vətəndaşıdır.
Onlar Moskvadan Bakıya təyyarə reysi ilə yola salınıb.

Soydaşlarımızın müharibə və humanitar böhran bölgəsindən
çıxarılması və ölkəmizə gətirilməsi Azərbaycan dövlətinin hesabına
həyata keçirilib.

Teqlər: