Ukraynada bu qədər mülki şəxs ölüb – Yença

Ukraynada bu qədər mülki şəxs ölüb – Yença

Ukraynada davam edən müharibədə təkcə mart ayında 57 uşaq öldürülüb.

AzerTimes xəbər verir ki, bu barədə BMT Baş katibinin siyasi məsələlər üzrə köməkçisi Miroslav Yença bildirib.

Diplomat qeyd edib ki, iki il ərzində ümumilikdə 600-ü uşaq olmaqla 10 810 mülki şəxs müharibənin qurbanı olub.

M.Yença əlavə edib ki, Ukrayna əhalisinin təxminən 40 faizinin humanitar yardıma ehtiyacı var.

Teqlər: