Ukraynada bu model Arestoviçin yuxusudur – Puşkov

Ukraynada bu model Arestoviçin yuxusudur – Puşkov

Ukraynın Prezident Ofisi rəhbərinin keçmiş müşaviri Aleksey Arestoviçin Ukraynadan Cənubi Koreya “yaradılacağı” ilə bağlı söyləntiləri siyasi yuxuya bənzəyir.

AzerTimes xəbər verir ki, bu sözləri Rusiya Federasiya Şurasının senatoru Aleksey Puşkov Teleqram kanalında yazıb.

“Həyat səviyyəsi və inkişaf baxımından Ukraynadan heç vaxt Cənubi Koreya çıxmayacaq. Bu, gələcək sistemdə öz yerlərini axtaran insanların ukraynalılara təklif etdiyi bir növ yeni siyasi yuxu, post-maydan arzusudur. Bütün münasibətlərdə Cənubi Koreya ilə bənzətmə heç bir meyara sığmır. Boşdur”, – deyə o bildirib.

Qeyd edək ki, A.Arestoviç konfliktin bitməsindən sonra Ukraynada qalan ərazidə Qərbin Cənubi Koreya yaratmaq planlarının olduğunu açıqlamışdı.

Teqlər: