Ukraynada bu cür sülh ədalətli ola bilməz – ABŞ

Ukraynada bu cür sülh ədalətli ola bilməz – ABŞ

Ukrayna Rusiya ilə müharibəni bitirmə təşəbbüsü baxımından lider olmalıdır. Ölkəyə kənardan sülh planı tətbiq edilə bilməz.

AzerTimes xəbər verir ki, bunu ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan deyib.

Onun sözlərinə görə, suverenlik və ərazi bütövlüyünə zidd olan istənilən təşəbbüs ədalətli və davamlı olmayacaq:

“Ukrayna xalqına mahiyyət etibarı ilə sülh sırımağa çalışan, suverenlik və ərazi bütövlüyü, demokratiya və azadlıq kimi əsas prinsiplərə zidd olan istənilən sülh planı ədalətli və davamlı deyil”.

Teqlər: