Daha bir britaniyalı əsgər Ukrayna ərazisində həlak olub.
AzerTimes xəbər verir ki, bu barədə “Sky Nyus” məlumat yayıb.
Məlumata görə, həlak olan Böyük Britaniya vətəndaşının adı Saymon Linqard olub.
Qeyd edək ki, Ukrayna ərazisində rus qoşunlarına qarşı döyüşən əsgərlərin əsas hissəsi Polşa, Rumıniya, Gürcüstan və Şərqi Avropanın digər ölkələrindəndir. Onların arasında amerikalılar, britaniyalılar və kanadalılar da var.