Ukrayna pivə sənayesi Britaniyanın keçmiş baş naziri Boris Consonun şərəhinə “JohnsonUK”adlı pivə istehsal edib.
AzerTimes xəbər verir ki, bu barədə “Teleqraf” nəşrinin jurnalisti Co Barns Tvitter səhifəsində yazıb.
“Əvvəl Ukraynada küçə, sonra Ukrayna kruasanı, indi də adına pivə istehsal edilib. Ola bilsin ki, Britaniyada ən məşhur adam deyil, amma Conson Ukraynada hələ də çox sevilir”, – jurnalist bildirib.
Pivənin bir şüşəsinin qiyməti isə 1.79 dollardır.