Ukraynada baş verən hadisələr 4 milyondan çox uşağın təxliyəsinə səbəb oldu – UNICEF

Ukraynada baş verən hadisələr 4,3 milyon uşağın, bu isə artıq
ölkənin uşaq əhalisinin yarıdan çoxunu təşkil edir, təxliyəsinə və
köçməsinə səbəb olub.

AzerTimes-ın məlumatına görə, bu barədə UNICEF-in press-relizində
deyilir.

Məlumata əsasən, 1,8 milyondan çox uşaq qonşu ölkələrə qaçqın
düşüb, daha 2,5 milyon uşaq isə Ukrayna daxilində təxliyə edilməli
olub.