Ukraynada azərbaycanlı zabit və 2 qardaş həlak oldu

Ukraynada azərbaycanlı zabit və 2 qardaş həlak oldu

Ukraynada gedən müharibədə daha 3 azərbaycanlı həlak olub.

AzerTimes Report-a istinadən xəbər verir ki, Ukrayna Milli Qvardiyasının azərbaycanlı polkovnik leytenantı Samir Atəşli oğlu Rüstəmov ölkənin şərq istiqamətində döyüşlərdə həlak olub.

Bundan başqa, Ukraynaın Xerson vilayətinin hələki işğal altında olan kəndlərinin birində əslən Azərbaycanın Zərdab rayonundan olan 2 gənc qardaş faciəli şəkildə həlak olublar. Ölən gənclərin yaxınları ərazinin hələlik Rusiyanın işğalı altında olduğu üçün onların adlarının çəkilməsini istəməyib.

Teqlər: