Ukraynada fəaliyyət göstərən azərbaycanlı iş adamı Çingiz Abbasov dünyasını dəyişib.
AzerTimes Konkret.az-a istinadən xəbər verir ki, bu barədə mərhumun yaxınları məlumat verib.
İş adamının qəfildən ürəyi dayanıb.
Qeyd edək ki, Çingiz Abbasov 1970-ci ildə Sumqayıt şəhərində anadan olub. Uzun illər Ukraynada yaşayıb. Onun Donetskdə olan evi və obyektləri rus işğalçıları tərəfindən dağıdılıb. Xarkova köçən azərbaycanlı bir müddət idi ki, orada məskunlaşmışdı.