Ukraynada Azərbaycan vətəndaşı Ziya Nadirov həlak olub.
AzerTimes xəbər verir ki, bu barədə onun anası Gülnarə Əlibəyova sosial şəbəkə hesabında yazıb.
Onun sözlərinə görə, Z.Nadirov Ukrayna tərəfində döyüşüb və dekabrın 4-də döyüş zamanı həlak olub.
Z.Nadirovun ölüm yeri dəqiqləşdirilməyib.
41 yaşlı mərhumun 2 oğlu qalıb.