Ukraynada azərbaycanlı döyüşçü həlak oldu

Ukraynada azərbaycanlı döyüşçü həlak oldu

Ukraynada döyüşlərdə azərbaycanlı döyüşçü həlak olub.

AzerTimes xəbər verir ki, Ukraynanın Zaparoje vilayətinin Azərbaycanlılar Konqresinin sədri Vahid Təhməzov Report-a bildirib ki, bu, əslən Zəngilan rayonundan olan, Ukraynada “Gürcü legionu”nun əsgəri Ağalarov Elşad Ağalar oğludur.

O, Donetsk vilayəti istiqamətində həlak olub.

V.Təhməzov bildirib ki, hazırda konqres onun cənazəsinin Azərbaycana göndərilməsi məsələləri ilə məşğuldur

Teqlər: