Çerkassı vilayətində Azərbaycanın dövlət qurumlarının serverlərinə hücum edən haker saxlanılıb.
AzerTimes Publika.az-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Daxili İşlər Nazirliyi məlumat yayıb.
“Çerkassı vilayətinin kiberpolis əməkdaşları Azərbaycan Respublikasının dövlət qurumlarının serverlərinə DDoS hücumları həyata keçirən hücumçunu ifşa ediblər”, – deyə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Hüquq-mühafizə orqanlarının əməkdaşlarının sözlərinə görə, haker beynəlxalq hüquqi yardım tələbi çərçivəsində ifşa edilib.
Hakerin hücumları dövlət obyektinin infrastrukturunun kompüter sisteminin qəsdən pozulmasına səbəb olub.
“Axtarış zamanı hüquq-mühafizə orqanlarının əməkdaşları 40 yaşlı şübhəli şəxsdən kompüter və şəbəkə avadanlıqları, rəqəmsal disklər və mobil telefonlar götürüblər”, – deyə polis əlavə edib.
Hazırda araşdırma aparılır, şübhəlinin qanunsuz fəaliyyətinin digər epizodları müəyyən edilir.