Ukraynanın suverenliyi, müstəqilliyi və ərazi bütövlüyünə
dəstəyimizi açıq şəkildə ifadə etməyə davam edirik.
AzerTimes-ın
məlumatına görə, bu barədə Türkiyənin Milli Müdafiə naziri Hulusi
Akar, İtaliya və Böyük Britaniyalı həmkarları ilə İstanbulda
keçirdiyu üçtərəfli görüşün nəticələrinə dair mətbuat konftansı
zamanı deyib.
“Görüşlərmiz zamanı müəyyən etdik ki, Ukraynada baş verən son
hadisələr çərçivəsində daha çox insan tələfatı, mülki itkilər
olmaması, humanitar vəziyyət daha da pisləşməməsi üçün ən qısa
zamanda atəşkəsə ehtiyac var. Bölgədə sülh və təhlükəsizliyin ən
qısa zamanda bərqərar olması və buna uyğun olaraq sabitliyin təmin
edilməsi üçün atəşkəsin zəruri olduğunu bildiririk”, – deyə H.Akar
qeyd edib.
Onun sözlərinə görə, atəşkəsin əldə olunması ilə diplomatiyanın
yolunun açılacağı bildirilib.