Xəbər - Ləman Zeynalova – Trend:
Azərbaycan Dövlət Neft Şirkəti SOCAR-ın Ukraynadakı törəmə
şirkəti (SOCAR Energy Ukraine) normal rejimdə işləyir.
Trend bu barədə şirkətə istinadən məlumat verir.
“Hələ kifayət qədər yanacaq ehtiyatı var, bəzi yanacaqdoldurma
məntəqələrində fasilələr ola bilər. Biz mümkün olan hər şeyi edirik
ki, hamı üçün kifayət qədər yanacaq olsun”, – şirkətin
açıqlamasında bildirilir.
Qeyd edək ki, SOCAR Ukraynada 2009-cu ilin dekabrında yaradılan
“SOCAR Energy Ukraine” şirkəti vasitəsilə fəaliyyət göstərir.
Şirkətin əsas fəaliyyəti neft məhsullarının topdan və pərakəndə,
təbii qazın və aviasiya yanacağının topdan satışıdır.
Твиттер: @Lyaman_Zeyn