Rusiyanın genişmiqyaslı hərbi müdaxiləsinin başlamasından bəri Ukraynada 23 gürcü əsilli döyüşçü öldürülüb.
AzerTimes xəbər verir ki, bu barədə Ukrayna mediası məlumat yayıb.
Bildirilib ki, onlardan sonuncusu Qurqen Qaqnidze olub. Belə ki, gürcü döyüşçü Baxmut istiqamətində Rusiyanın “Vaqner” qrupunun pusqusuna düşərək öldürülüb.
Məlumata görə, döyüşlərdə ölənlər arasında həm Gürcüstandan gələn könüllülər, həm də uzun illər Ukraynada yaşamış gürcülər var.