Ukraynada gedən müharibədə əslən azərbaycanlı Maksim Məhərrəmoğlu həlak olub.
AzerTimes xəbər verir ki, bu barədə hərbi bloger Tofiq Şahmuradov paylaşım edib.
O bildirib ki, M.Məhərrəmoğlu Odessa vilayətinin Oviodopol rayonunda dəfn olunub:
“Maksimin atası Şəmkir rayonundandır, anası isə Ukrayna vətəndaşıdır. 19 yaşlı Maksim evin tək oğlu olub”.