Ukraynadakı müharibə zamanı 100 mindən çox rus hərbçisi həlak olub və yaralanıb.
AzerTimes xəbər verir ki, bu barədə ABŞ-ın Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri Mark Milli bildirib.
“Yəqin ki, Ukrayna tərəfində də vəziyyət eynidir. Bu, böyük insan iztirabıdır”, – Milley bildirib.
Qeyd edək ki, Rusiya Müdafiə Nazirliyi sonuncu dəfə sentyabrın 21-də 5937 nəfərin öldüyünü bildirib.