Ukrayna hərbçiləri Zmeyniyə gecə saatlarında 10-dan çox dəqiq zərbə endirib.
AzerTimes xəbər verir ki, bunu Ukraynanın cənubundakı təhlükəsizlik və müdafiə qüvvələrinin birgə əlaqələndirici mərkəzinin rəhbəri Nataliya Qumenyuk bildirib.
“Biz qarşı tərəfin məğlubiyyət nəticələrini araşdırırıq, hazırda Pantsir-S1 zenit-raket kompleksinin vurulduğu ilə bağlı ilk məlumatımız var. Adada əvvəlki zərbələr zamanı bir radiolokasiya stansiyası, həmçinin iki Pantsir-S1 hava hücumundan müdafiə sistem məhv edilib. Bu, adadakı işğalçılar üçün çox böyük məğlubiyyətdir. Hərbi əməliyyat kifayət qədər uzun müddətə və adanın işğalçılardan mütləq azad edilməsinə hesablanıb”, – Qumenyuk vurğulayıb.