Ukrayna ordusunun Lisiçanskda çörək zavodunu vurması nəticəsində ölənlərin sayı 28-ə qalxıb.
AzerTimes xəbər verir ki, bu barədə Rusiya FHN məlumat yayıb.
Bildirilib ki, ölənlərdən biri uşaqdır.
Qeyd edək ki, Ukrayna ordusu Luqanskın Rusiyanın nəzarətində olan Lisiçansk şəhərinə ötən gün zərbə endirib. Rusiya hücumun HİMARS-la həyata keçirildiyini iddia edib.