Ukrayna Zaporojye AES-in Rusiya qoşunlarının nəzarətinə keçdiyini bildirib

Ukraynada Zaporojye Atom Elektrik Stansiyasının (AES) ərazisi
Rusiya qoşunları tərəfindən ələ keçirilib.

Trend-in
məlumatına görə, bu barədə Ukraynanın Nüvə Tənmzimləməsi Dövlət
Müfəttişliyinin mətbuat xidməti bildirb.

Qeyd olunur ki, AES-in enerji bloklarına zərər dəyməyib, bölgədə
baş vermiş yanğın reaktorlara təhlükə törətməyib.

Qeyd edək ki, Ukraynanın şərqində yerləşən Zaporojye AES-in
ərazisində baş verən yanğın Bakı vaxtı ilə saat 08:20-də
söndürülüb.

Məlumata əsasən, yanğın nəticəsində ölən və xəsarət alan
olmayıb.