“Rossiya-24” telekanalının müxbiri Boris Maqsudov Ukrayna Silahlı Qüvvələrinin Zaporojye vilayətini atəşə tutması nəticəsində yaralanıb.
AzerTimes xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, noyabrın 22-də Ukrayna Silahlı Qüvvələri Zaporojye vilayətində yaşayış məntəqələrinin atəşə tutulması ilə bağlı material hazırlayan bir qrup rusiyalı jurnalistin olduğu əraziyə dron zərbəsi endirilib.
Maqsudov dərhal təxliyə edilib, ona tibbi yardım göstərilib, həyati təhlükəsi yoxdur.