Rusiyanın müdafiəsi zəifləyir. Ukrayna Silahlı Qüvvələri ən mühüm yüksəkliklərə çataraq, Rusiyanı əlavə ehtiyatlar sərf etməyə məcbur edir və arxa cəbhədəki sursat anbarlarına zərbələr endirir.
AzerTimes xəbər verir ki, bu barədə “Tayms” məlumat yayıb.
Məlumata görə, Ukrayna Silahlı Qüvvələri Rusiya ordusunun maddi-texniki təminatını pozaraq cəbhədə qoşunların sürətli hərəkətini çətinləşdirib:
“Bu vəziyyət silahlı qüvvələrə Baxmutdan şərqə, cənubda isə Donetskə keçmək imkanı verir. Bundan əlavə, indi Ukraynanın müdafiəçiləri Krımı və bütün qoşunları təcrid etmək üçün Uqledardan cənuba Mariupola və ya Tokmaka, oradan isə Melitopola gedə bilərlər. Sonuncu variantla Krım Ukrayna artilleriyası və hava hücumları üçün əlçatan olacaq.
Bu isə o deməkdir ki, ukraynalılar yarımadanı ələ keçirməsələr də, Krımda rus hərbçiləri və digər əhalinin varlığı mümkünsüz ola bilər. Bu, ciddi bir üstünlük olardı”.