Mayın 12-də axşam saatlarında işğal altında olan Luqanskda güclü partlayışlar olub.
AzerTimes xəbər verir ki, bu barədə TASS agentliyi məlumat yayıb.
Bildirilib ki, “Poly-Pack” polimer məhsulları istehsal edən müəssisə vurulub.
Rusiyalı separatçı İqor Qirkin bildirib ki, hücumlar Ukrayna Silahlı Qüvvələri tərəfindən Luqanskdakı radioelektronika zavoduna və neft anbarına da edilib.
İddiaya görə, zərbələr Ukraynanın yeni aldığı “Storm Shadow” qanadlı raketləri ilə vurulub.