
Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı yeni qoşun növü – kibergüclərin yaradılmasını təklif edib.
AzerTimes xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı Teleqram kanalında məlumat yayıb.
Qanun layihəsinin birinci oxunuşu oktyabrın 7-də Ali Radada keçiriləcək. Sənədin məqsədi Ukraynanın Rusiya ilə mübarizədə kibermüdafiə imkanlarını gücləndirməkdir.

