Ukrayna yeni PUA-sını təqdim etdi – Foto

Ukrayna yeni PUA-sını təqdim etdi – Foto

Ukrayna HİMARS və digər Qərb silahlarının atəş nöqtələrini tənzimləmək üçün nəzərdə tutulan kəşfiyyat pilotsuz təyyarəsi istehsal edib.

AzerTimes xəbər verir ki, bu barədə Ukrayna mətbuatı məlumat yayıb.

“Shark” adı verilən PUA tamamilə Ukrayna istehsalıdır və dərin hava kəşfiyyatı və atəşin tənzimlənməsi üçün nəzərdə tutulub.

Pilotsuz təyyarə 60 km-ə qədər düşmən xəttinin arxasına keçə və drondan obyektə qədər 5 km-ə qədər məsafədə müşahidə apara bilir. Dronun sürəti 70-90 km/saat, maksimal sürəti isə 150 ​​km/saatdır.

PUA-nın havada qalma müddəti 2 saatdır.

Teqlər: