Ukrayna “Ukroboronprom” şirkətinin istehsalı olan 82 mm-lik minaatanlar alıb.
AzerTimes xəbər verir ki, bu barədə ölkənin Dövlət Konserni məlumat yayıb.
Qeyd olunub ki, NATO üzvü olan ölkələrdən birinin müəssisələrində 82 mm-lik fraqmentasiyalı minaların seriyalı istehsalına başlanılıb.
Bildirilib ki, 82 mm-lik minaatan düşmənin canlı qüvvəsini 4500 metr qədər məsafədə məhv etmək üçün nəzərdə tutulub. Sursat ciddi şəkildə təkmilləşdirilib.