Ukrayna ordusu Kursk istiqamətində yeni bölgədə hücuma keçmək cəhdi ilə yenidən yerləşdirilir.
AzerTimes xəbər verir ki, bunu Rusiya Silahlı Qüvvələrinin Baş Hərbi-Siyasi İdarəsinin rəis müavini, “Əhməd” xüsusi təyinatlılarının komandanı, general-mayor Aptı Alaudinov deyib.
“Vəziyyət nəzarət altındadır. Dünən çox ağır gün idi, düşmən bir neçə hücum dalğası təşkil etmişdi. Amma irəliləyən düşmənin canlı qüvvəsi, bəzi avadanlıqları məhv edildi. Düşmən hücum üçün yenidən mövqelərini dəyişir”, – Alaudinov bildirib.