Ukrayna indiki mərhələdə ərazilərini qorumağa çalışır və yeni hücum üçün ehtiyatlar hazırlayır.
AzerTimes xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin baş komandanı Aleksandr Sırski danışıb.
“Məqsədimiz ərazilərimizin itirilməsinin qarşısını almaq, düşməni mümkün qədər tükəndirmək, ona maksimum itki verdirmək və hücum əməliyyatları üçün ehtiyatlar hazırlamaqdır. Ukrayna Silahlı Qüvvələri müdafiə halında, xüsusən Xarkov vilayətindəki mövqeləri möhkəmləndirir”, – o bildirib.