Ukrayna yenə Rusiyaya hücum etdi

Ukrayna yenə Rusiyaya hücum etdi

Ötən gecə Rusiyanın bir sıra regionları üzərində iki “Toçka-U” operativ-taktiki raketi və altı pilotsuz uçuş aparatı məhv edilib.

AzerTimes xəbər verir ki, bu barədə Rusiya MN məlumat yayıb.

“Belqorod vilayətinin ərazisində iki operativ taktiki raket, Bryansk vilayətində üç PUA, Lipetsk vilayətində iki PUA, Volqoqrad vilayətində bir PUA zərərsizləşdirildi”, – məlumatda qeyd edilib.

Qeyd edək ki, ötən gecə Ukraynanın Belqoroda hücumu nəticəsində 29 nəfər yaralanıb, 85 çoxmənzilli yaşayış binasında 300-dən çox mənzilə, 4 fərdi yaşayış evinə, 14 ticarət obyektinə ziyan dəyib.

Teqlər: