Ukrayna yenə bunu bacardı: Krım körpüsünə hücum…

Ukrayna yenə bunu bacardı: Krım körpüsünə hücum…

Krım körpüsünə gecə hücumu Ukrayna ordusunun Hərbi Dəniz Qüvvələri və Ukrayna Təhlükəsizlik Xidmətinin xüsusi əməliyyatıdır.

AzerTimes xəbər verir ki, bu barədə “RBC-Ukrayna” Ukrayna Təhlükəsizlik Xidmətindəki mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, hər iki güc strukturu gecə vaxtı Krım körpüsünün dağıdılmasında iştirak edib:

“Körpüyə dronlarla hücum edilib. Körpüyə çatmaq çətin olsa da, sonda bunu etmək mümkün olub”.

Qeyd edək ki, bu gün Krım körpüsündə baş verən partlayış nəticəsində ən azı iki nəfər ölüb.

Teqlər: