Ukrayna ordusu Belqorod şəhərini yenidən atəşə tutub. Hücum nəticəsində 1 nəfər ölüb, 5 nəfər isə yaralanıb.
AzerTimes xəbər verir ki, bunu Belqorod vilayətinin qubernatoru Vyaçeslav Qladkov bildirib.
O qeyd edib ki, Ukrayna Silahlı Qüvvələri Rusiyanın Belqorod şəhərindəki hərbi obyektlərə raket zərbələri endirib:
“Raketlərdən bəziləri mülki obyektlərə və yaşayış binalarına düşüb”.
Qeyd edək ki, bir neçə gün əvvəl Ukraynanın Belqorod şəhərini atəşə tutulması nəticəsində 24 nəfər ölüb, 108 nəfər isə yaralanıb.