Rusiyanın havadan müdafiə sistemləri Belqorod vilayəti üzərində təyyarə tipli PUA-nı məhv edib.
AzerTimes xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin məlumatında deyilir.
“29 mart tarixində Kiyev rejiminin Rusiya Federasiyası ərazisindəki obyektlərə təyyarə tipli PUA-dan istifadə etməklə terror aktı törətmək cəhdinin qarşısı alınıb, Belqorod vilayəti üzərində Ukraynaya məxsus pilotsuz uçuş aparatı məhv edilib.”, – deyə bildirilib.