Ukrayna yaxın aylar üçün əsas ərzaq məhsulları ehtiyatına malikdir – baş nazir

Ukrayna yaxın aylar üçün əsas ərzaq məhsulları ehtiyatına
malikdir.

Trend yerli KİV-ə istinadən xəbər verir ki, bunu Ukraynanın baş
naziri Denis Şmıqal videomüraciətində bildirib.

Onun sözlərinə görə, hökumət hərbi vəziyyət dövründə ərzaq
təhlükasizliyi üçün kritik malların ixracını ya qadağan edib və ya
məhdudlaşdırıb.

Söhbət buğda, qarabaşaq yarması, ət, yumurta, yağ, şəkər və s.
ərzaqlardan gedir.

“Hazırki rəqəmlər göstərir ki, Ukrayna yaxın aylar üçün əsas
ərzaq məhsulları ilə təmin olunub. Lakin biz gələcək haqqında da
düşünməliyik. Ona görə də hökumət buun mümkün olan yerlərdə səpin
kampaniyasına dəstək planını həyata keçirir”, – baş nazir
bildirib.

O, əlavə edib ki, bu gün hökumət kənd təsərrüfatı fəaliyyətinin
həyata keçirilməsi ilə bağlı hər hansı xərcləri ödəmək üçün
kreditlər üzrə faizləri dövlətin kompensasiya edəcəyi ilə bağlı
qərarı təsdiqləyib.

Teqlər: