Ukrayna XİN-dən sülh görüşü ilə bağlı açıqlama

Ukrayna XİN-dən sülh görüşü ilə bağlı açıqlama

ABŞ danışıqlar komandası Ukraynada sülhün bərqərar olması üçün səy, vaxt və resurs sərf edir. Onların yanaşmasını təhrif etmək ədalətsizlik olardı.

AzerTimes xəbər verir ki, bunu Ukraynanın xarici işlər nazirinin birinci müavini Sergey Kislitsa X hesabında yazıb.

Onun sözlərinə görə, ABŞ-ın sülh prosesində tam şəkildə iştirakı mühüm əhəmiyyət daşıyır:

“Vaxtını, səy və resurslarını sülhün təminatına yönəldən Amerika komandasının yanaşmasını təhrif etmək ədalətsizlik olardı. Hər bir tərəf qarşı tərəfi diqqətlə dinləyir. Ukraynanın mövqeyi kifayət qədər aydındır. Anonim mənbələr yalan xəbərlər yayır”.

Qeyd edək ki, dekabrın 15–16-da Ukrayna Prezidenti Vladimir Zelenski Berlində ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkof və Cared Kuşner ilə danışıqlar aparır.

Teqlər: