Ukrayna vətəndaşlarını öldürmək üçün silah tədarükü İranı Rusiyanın Ukraynaya qarşı təcavüz cinayəti, hərbi cinayət və terror aktlarına əlbir edir.
AzerTimes xəbər verir ki, bu barədə Ukrayna Xarici İşlər Nazirliyinin bəyanatında bildirilib.
“Rusiya İran istehsalı olan döyüş pilotsuz uçuş aparatlarını istifadə etməklə Ukraynanın mülki əhalisinə və mühüm infrastrukturuna qarşı terror aktları həyata keçirməkdə davam edir.
Ukrayna BMT Nizamnaməsinə uyğun olaraq ayrılmaz özünümüdafiə hüququnun gerçəkləşdirilməsi çərçivəsində mülki əhalini, suverenliyini və ərazi bütövlüyünü xarici təcavüzdən qorumaq üçün bütün mümkün tədbirləri görəcək”, – XİN-in bəyanatında qeyd olunub.