Ukrayna Xersonun 53 yaşayış məntəqəsini azad etdi

Ukrayna Xersonun 53 yaşayış məntəqəsini azad etdi

Xerson vilayətində Ukrayna Silahlı Qüvvələri artıq 53 yaşayış məntəqəsini işğalçılardan azad edib.

AzerTimes xəbər verir ki, bunu Xerson vilayət hərbi administrasiyasının rəhbəri vəzifəsini icra edən Dmitri Butriy deyib.

“Bu gün artıq 53 yaşayış məntəqəsinin azad edildiyi rəsmən təsdiqlənib. Biz bu məlumatı yalnız Baş Qərargahla razılaşdırıldıqdan sonra təqdim edirik. Çünki hərbçilər hələ də minalardan təmizləmə işləri aparırlar. Demək olar ki, azad edilən bütün ərazidə yaşayış binaları, infrastruktur obyektləri, məktəblər ruslar tərəfindən daim atəşə tutulur və bu kəndlərdə vəziyyət fəlakətlidir. Əlbəttə, biz insanlara qayıtmağı tövsiyə etmirik, çünki onlar öz həyatlarını ciddi təhlükə altında qoyurlar”, – Butriy bildirib.

Teqlər: