Xersonda hadisələrin gedişatı orada yerləşdirilən qoşunların yeri ilə müəyyən edilir.
AzerTimes xəbər verir ki, bu açıqlama ilə ukraynalı hərbi ekspert Roman Svitan çıxış edib.
“Rus ordusunun Xersonda soldan sağ sahilə əsas sursat və texnika axınını kəsməsi üçün Ukrayna Silahlı Qüvvələrinin Berislava çıxması ən yaxşı variantdır. Bundan sonra isə düşməni təcrid etmək üçün Antonovski körpüsünü nəzarətə götürmək lazımdır. Daha sonra isə Xersonun təmizlənməsi prosesi… ” – ekspert söyləyib.
O qeyd edib ki, rusların hələ də Berislavı, daha sonra Xersonu tərk etməyə vaxtı ola bilər.