Ukrayna hərbçiləri Xerson bölgəsini tədricən rus işğalçılarından azad edəcək. Ordumuz açıq ərazilərdə hücuma keçməyəcək, hücum müəyyən taktika ilə olacaq.
AzerTimes xəbər verir ki, bu barədə Nikolayev hərbi administrasiyasının rəhbəri Vitali Kim deyib.
Onun sözlərinə görə, Xerson bölgəsi insanları riskə atmamaq üçün tədricən azad ediləcək:
“Bizim müharibə və həyat anlayışımız fərqlidir: ruslar öz əsgərlərini öldürür, biz itkiləri məhdudlaşdırmağa çalışırıq. Onlar atəş açır, biz hərbi taktikaya güvənirik”.