Ukrayna ordusu Xerson vilayətinin Rusiyanın işğalı altında olan ərazisində yerləşən Antonovski körpüsünün yaxınlığındakı dəmiryol körpüsünə zərbələr endirib.
AzerTimes xəbər verir ki, bu barədə Ukraynanın “Cənub” Operativ Komandanlığı məlumat yayıb.
“İşğal olunan ərazilərdə əsas nəqliyyat marşrutlarına atəş nəzarətinin nəticələri göstərir ki, artıq Dnepr çayı üzərindən dəmiryol körpüsü ilə hərəkət etmək mümkün deyil”, – məlumatda bildirilib.