Ukrayna Xarkovda 300-dən çox yaşayış məntəqəsini azad etdi

Ukrayna Xarkovda 300-dən çox yaşayış məntəqəsini azad etdi

Ukrayna Silahlı Qüvvələri Xarkov vilayətində 300-dən çox yaşayış məntəqəsini işğalçılardan azad edib.

AzerTimes xəbər verir ki, bunu Ukrayna müdafiə nazirinin müavini Anna Malyar deyib.

“Xarkov vilayətinin azad edilməsi əməliyyatı bir neçə gün davam etdi. Sentyabrın 6-dan bu günə kimi 3800 kvadratkilometr ərazi, 300-dən çox yaşayış məntəqəsi və 150 ​​minə yaxın insan işğaldan azad edildi. Bu, insanlar əslində burada girov olublar”, – Malyar bildirib.

O, qeyd edib ki, əməliyyat Xarkov vilayəti tam azad olunana qədər davam edəcək.

Teqlər: