Ukrayna xarici işlər nazirini ruslar vurub? – Foto

Ukrayna xarici işlər nazirini ruslar vurub? – Foto

Ukraynanın xarici işlər naziri Dmitri Kuleba Prezident Vladimir Zelenskinin Avropa liderləri ilə görüşünə qoltuqaltı və sol ayağında gipslə qatılıb. Ukrayna liderinin Teleqram kanalında ölkənin baş diplomatının Almaniya kansleri Olaf Şolts, Fransa Prezidenti Emmanuel Makron və İtaliyanın Baş naziri Mario Draqi ilə görüşdüyünü əks etdirən video yayımlanıb.

AzerTimes xəbər verir ki, xarici qonaqlar görüş otağına gələndə Kuleba da orada olub və kənarda Zelenskinin “onun ayağı sınıb” izahı eşidilir.

Xarici işlər naziri Dmitri Kuleba idmanla məşğul olarkən ayağından ağır xəsarət aldığı haqda İnstaqramda yazıb. Kuleba sarğılı ayağı və qoltuqağacı ilə ofisində olduğu fotonu yayımlayıb.

“Burada düşmən haqqında hekayə ola bilər. Amma əslində müharibə başlayandan bəri ilk dəfə idmana davam etmək istəyərkən ayağımı zədələdim. Problemlər olur, amma məni ayaqlarımdan yerə yıxmazlar. İndi sıralardan çıxmağa vaxt yoxdur”, – deyə nazir bildirib.

O əlavə edib ki, fəal iş davam edir.

“Ağır silahları göndərin, Rusiyanın sanksiya vintlərini sıxın, Ukraynaya namizəd statusunu qətiləşdirin. Hətta qoltuqaltı və bir ayaqda – Qələbəyə doğru irəliləyin”, – Kuleba yekunlaşdırıb.

Teqlər: