Ukraynadakı qanlı müharibənin davam etməsində silah tacirləri maraqlıdır.
AzerTimes xəbər verir ki, bunu Roma Papası Fransisk deyib.
“Mənə elə gəlir ki, bu müharibədə maraqlar təkcə Ukrayna-Rusiya problemi ilə bağlı deyil, həm də silah satışı ilə bağlıdır. Bu xalqın ölümü ilə oyun oynamamalıyıq. Biz onlara bunu anlamağa kömək etməliyik. İndi görürəm ki, bəzi ölkələr geriyə addım, Ukraynaya silah vermək istəmirlər. Ukrayna xalqının ölümü prosesi başlayır və bu, xoşagəlməz haldır”, – Papa bildirib.
Papanın sözlərinə görə, bəzi ölkələr Ukrayna ilə oynayırlar, əvvəl silah söz verir, sonra sözlərindən geri dönürlər.